Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”na məxsus inzibati binadan çıxarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”na məxsus inzibati binadan çıxarılacaq

Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”na məxsus inzibati binadan çıxarılacaq


Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun tikintisinə mane olan məqamlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin balansına məxsus olan inzibati binada məcburi köçkünlərin yerləşməsi ilə bağlıdır.

Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin inzibati binadan çıxarılması üçün hər ailəyə 30 min manat vəsait ayrılacaq:

“Artıq Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılıb. Hər ailəyə təxminən 30 min manat vəsaitin ayrılması nəzərdə tutulub”-deyə, N.Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan məbləğ məcburi köçkünlərin hesablarına köçürüləcək.

Bundan başqa, o vurğulayıb ki, planlaşdırılır ki, yaxın günlərdə onların köçürülməsi işi həyata keçirilsin.

“QSC orda yenidənqurma rabitə işləri həyata keçirməlidir” - deyə, o əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *