Dəmir yolu vağzalında kassaların yeri dəyişdirildi » AzNews.info -Xəbər portalı

Dəmir yolu vağzalında kassaların yeri dəyişdirildi – VİDEO

Dəmir yolu vağzalında kassaların yeri dəyişdirildi


“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı sərnişin vağzalında əsaslı təmir işlərinə başlanılıb.

AzNews.info ANS TV-yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Təmir işləri çərçivəsində stansiyada yeni platformalar qurulub, yollar Avropa standartlarına uyğun şəkildə tam təmir edilib.

“Bakı sərnişin vağzalında iki yeraltı tunel inşa olunur. İnşa olunan tunellər vasitəsilə qatardan düşən hər bir sərnişin birbaşa “28 May” metrostansiyasına çıxış əldə edə biləcəklər. Burada həm sərnişinlərin təhlükəsizliyi, həm də sərnişinlərin rahatlığı nəzərə alınıb.

Qeyd edim ki, sərnişinlər tunellər vasitəsilə “28 May” metrostansiyasına çıxış əldə etməklə istədikləri digər istiqamətlərə hərəkət edə biləcəklər”,- deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Bakı sərnişin stansiyasında təmir işləri çərçivəsində bilet satışı kassalarının da yeri artıq dəyişdirilib. Sərnişinlər bundan sonra biletləri birinci mərtəbədən yox, ikinci mərtəbədən ala biləcəklər.

Həmçinin təmir işləri zamanı stansiya ərazisində ictimai iaşə obyektlərinin də tikintisi planlaşdırılır.

“Gələcəkdə Bakı sərnişin vağzalında müasir standartlara cavab verə biləcək kassaların, iaşə obyektlərinin inşası planlaşdırılır. Eyni zamanda, vağzalda “Wi-Fi” sistemi istifadəyə veriləcək. Yəni sərnişinlərin rahatlığı üçün lazım olan bütün şərait yaradılacaq.

Nəticədə Bakı sərnişin vağzalı dünya standartları səviyyəsinə gətiriləcək”, - deyə, N.Əzməmmədov vurğulayıb.

Qeyd edək ki, Bakı sərnişin stansiyasında təmir işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *