Azərbaycanlı milyarder son illərin ən böyük razılaşmasına imza atdı
Rusiyanın neft şirkətləri –“Rosneft” və “LUKoyl” Venesuelaya neft tədarük edəcəklər.
Oxu.Az Rusiya mətbuatına istinadən bildirir ki, adıçəkilən şirkətlər Venesuelanın dövlət müəssisəsi olan PDVSA-nın elan etdiyi tenderin qalibi olublar.
PDVSA ilin ikinci yarısı üçün 15 milyon ton neft məhsulları və komponentlərinin təhcizini sifariş verib.
Bu razılaşma son illərin ən böyük müqavilələrindən hesab edilir.
Qeyd edək ki, “LUKoyl” şirkətinin prezidenti azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Mənbə:> Oxu.Az