“Lukoyl” şirkətinin neft quyusu yanır
Rusiyanın Komi Respublikasındakı 600 kvadrat metr sahədə neft quyusu yanır.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, neft quyusu “Lukoyl” şirkətinə məxsusdur.
Hazırda yanğınla mübarizəyə 185 yanğınsöndürən şəxs və 84 texnika cəlb edilib.
Hadisənin təfərrüatları araşdırılır.
Mənbə:> Oxu.Az