Ukraynada neft bazası yanır: 1 ölü, 5 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Ukraynada neft bazası yanır: 1 ölü, 5 yaralı – VİDEO

Ukraynada neft bazası yanır: 1 ölü, 5 yaralı

Kiyev şəhərinin yaxınlığında yerləşən Kraçki kəndində neft bazasının 7 çənində yanğın başlayıb.

Virtualaz.org bildirir ki, bu haqda məlumatı “korrespondent” saytı Ukrayna Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yayıb.

Yanğının söndürülməsinə 45 yanğınsöndürən maşın və 218 nəfər cəlb edilib.

Son məlumata görə yanğın artıq 17 çəni əhatə edib.

Ukrayna KİV-i xəbər verir ki, yanğını söndürmək üçün hazırda heç bir tədbir görülmür. Buna səbəb isə yanğın baş verən əraziyə yaxınlaşmağın mümkünsüz olmasıdır. Yanğının qonşu neft bazasının çənlərinə yayılması təhlükəsi var. Həmin çənlərin hər birində isə 5 min tona yaxın yanacaq olduğu bildirilir.

Daha əvvəl yanğında 1 nəfərin öldüyü, 5 nəfərin isə ağır yaralandığı deyilirdi.

Ölkənin daxili işlər nazirinin verdiyi məlumata görə, hazırda əraziyə Mill Qvardiya cəlb olunub.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *