Vahid Ələkbərov Putinlə görüşdən sonra… » AzNews.info -Xəbər portalı

Vahid Ələkbərov Putinlə görüşdən sonra… –30 MİLYARD İTİRDİ

Vahid Ələkbərov Putinlə görüşdən sonra…

Rusiyanın məşhur neft şirkəti "Lukoyl"un aksiyalarının qiyməti çərşənbə günü keçirilən ticarət hərracında kəskin aşağı düşüb. Həmin tendensiya bu gün də davam edib. Başqa sözlə desək, şirkətin qiymətli kağızları Moskva birjalarında noyabrın 2-si 3,9 faiz, növbəti gün isə daha 1 faiz ucuzlaşıb.

Virtualaz.org Rusiya nəşri "Finans"a istinadən bildirir ki, bu, Kremlin şirkət tərəfindən yığılan valyuta ehtiyatlarına göz qoymasından sonra olub. Başqa sözlə, “Lukoyl” prezidenti Vahid Ələkbərov “Rosneft”lə bağlı dövlət başçısı Putinlə apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.

Xatırladaq ki, Kreml “Rosneft”in səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmağa hazırlaşır. Rusiya KİV-in yazdığına görə, prezident Vladimir Putin şirkətin səhmlərinin 19.5 faizini 700 milyard rubla (11 milyard dollara yaxın) almağı Vahid Ələkbərova təklif edib. Putin hətta oktyabrın 31-də Xəzərin şimal hissəsində, Həştərxan yaxınlığında “Lukoyl”un aktivlərinə daxil olan Filanovski adına neft yatağının istismarının başlaması münasibətilə keçirilən mərasimdə Vahid Ələkbərovu maşınına çağırıb və bu təklifi şəxsən ona çatdırıb.

Vahid Ələkbərov Putinlə görüşdən sonra…


Kremlə yaxın mənbənin bildirdiyinə görə, Putin azərbaycanlı oliqarxla maşında 20 dəqiqəyə yaxın söhbət edib.

Söhbət zamanı Ələkbərovun Putinin təklifinə necə reaksiya verdiyi məlum deyil. Məlum olan yalnız odur ki, bundan əvvəl V.Ələkbərov “Lukoyl”un “Rosneft”in səhmlərinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırmadığını bildirmişdi. Bu da nəticəsi…

Yeri gəlmişkən, “Lukoyl”un balansında bu ilin iyul ayına olan vəziyyətə görə 5.4 milyard dollar pul vəsaiti olub. Bu, indiki məzənnə ilə 340 milyard rubldur, yəni hökumətin büdcəni yamamaq üçün axtardığı vəsaitin yarısı.

Onu da qeyd edək ki, Ələkbərov 22,7 faiz payla “Lukoyl”un əsas səhmdarıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *