Azərbaycanlı milyarder Putinə söz verdi » AzNews.info -Xəbər portalı

Azərbaycanlı milyarder Putinə söz verdi – "RUSİYADAKI "ZAPRAVKALARIMI" SATMAYACAĞAM"

Azərbaycanlı milyarder Putinə söz verdi

Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya ərazisindəki avtoyanacaq doldurma stansiyaları şəbəkəsini satmayacaq.

Bu barədə Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

“Bizim bütün avtoyanacaq doldurma stansiyalarını satacağımıza dair informasiya yayılıb. 10 illik inkişaf strategiyamızı nəzərə alaraq bunu qəbul etmədik”, - deyə “Lukoyl” rəhbəri söyləyib.

Onun sözlərinə görə, “Lukoyl” yanacaqdoldurma stansiyalarını modernləşdirir.

V. Ələkbərov Rusiyada şirkətin təxminən 3 min avtoyanacaq doldurma stansiyasının fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyd edək ki, şirkət Ukrayna, Litva, Estoniya, Latviya və Polşadakı aktivlərini satır.

Xatırladaq ki, “Lukoyl” şirkətinin ilin sonuna qədər Rusiya ərazisindəki bütün avtoyanacaq doldurma stansiyalarının satışına dair qərar qəbul etdiyi barədə xəbərlər yayılımışdı.

Məlumatda bildirilirdi ki, Vahid Ələkbərova il ərzində yanacaq doldurma stansiyaları şəbəkəsinin üçdə bir hissəsini 10 faizlə satmağı və ya yaxın iki il ərzində Rusiyadakı bütün avtoyanacaq doldurma stansiyalarından xilas olunmağı təklif olunub və holdinq rəhbərliyi ikinci variantı seçib: “Hazırda şirkət potensial investorlardan ərizələri qəbul edir. Artıq onların sayı 3-dür. Uzun müddətli xarici investorlar üçün təkliflər hazırlanır”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *