Bakı restoranlarında “yenilik”: yesən də, yeməsən də pul ödəməlisən » AzNews.info -Xəbər portalı

Bakı restoranlarında “yenilik”: yesən də, yeməsən də pul ödəməlisən – VİDEO

Bakı restoranlarında “yenilik”: yesən də, yeməsən də pul ödəməlisən

Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərəməyə başlayıblar.

Xezerxeber.az məlumat verir ki, müştəri masa arxasına əyləşdikdə nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir. Restoran rəhbərliyi bu addımın hər bir masadan normal qazanc əldə etmək üçün atıldığını bildirir.

Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır. Belə depozitlər əsasən həftə sonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Bu hal isə bəzilərinin narazılığına səbəb olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu hal qanunla tənzimlənmədiyindən restoranlar sui-istifadə edirlər.

Eyyub Hüseynov bildirir ki, müştərilər bu hala yalnız həmin restoranı boykot etməklə cavab verə bilə ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *