Azərbaycan restoranlarında ayı, ceyran əti təqdim edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Azərbaycan restoranlarında ayı, ceyran əti təqdim edirlər – VİDEO

Azərbaycan restoranlarında ayı, ceyran əti təqdim edirlər


Qanunazidd əməllərini gizlətmək üçün bu ətlərdən hazırlanan yeməkləri menyuya daxil etmirlər.

Əksər restoranlar ov ətləri təqdim edirlər. Müştərinin istəyindən asılı olaraq ayı, ceyran, kirpi kimi heyvanların ətindən bir-birindən ləziz təamlar hazırlanır. Qanuna görə isə belə heyvanların nəsli kəsildiyindən ovlanması qadağandır. Bəs əgər qadağa varsa, necə olur ki, onların əti süfrəyə verilir? Belə şəxslərə qarşı hansı tədbirlər görüləcək?

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkədə ayı, ceyran, oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması qadağandır. Ancaq restoranlar, adları “Qırmızı kitab”a düşən heyvanların ətini satırlar. Qanunazidd əməllərini gizlətmək üçün bu ətlərdən hazırlanan yeməkləri menyuya daxil etmirlər. Yalnız, tanıdıqları şəxslərə təklif edirlər.

Azərbaycanda Qafqaz turu, qaban, dovşan, bataqlıq qunduzu, cüllüt, qaşqaldaq, qaz və ördəklərin bəzi növlərindən başqa bütün heyvan və quşların ovlanması qadağandır. Lakin kimlərsə brakonyerlik yolu ilə bu heyvanları ovlayıb, restoranlara satır. Məsələn, bir neçə gün əvvəl Şəkidə, bir baş ovlanmış ayı cəmdəyi, iki aylıq bir baş diri ayı balasını ovlayan şəxslər tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, artıq 10 ilə yaxındır ki, bu heyvanların ovlanması qadağandır. Fakt olduğu təqdirdə, həm ovçu, həm də restoran rəhbəri məsuliyyətə cəlb edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentin sektor müdiri Bəhruz Məhəmmədovun sözlərinə görə, müştərilər diqqətli olmalıdırlar. Nazirlik tərəfindən bu sahəyə ciddi nazərət olunduğundan çox hallarda restoran sahibləri onları aldadırlar. Bəzən restoranlar müştərilərə ayı, cüyür adı ilə naməlum heyvan əti satırlar.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *