BP Azərbaycanla “Əsrin müqaviləsi”ni uzadacaq
“BP şirkəti bu ilin ortalarında “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilənin imzalanmasını gözləyir”.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell deyib.
Onun sözlərinə görə, BP ötən ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti ilə blokun işlənməsi barədə niyyət məktubunun imzalanmasından məmnundur.
Mənbə:> Trend.az