Azərbaycan qazı ilə bağlı vacib xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan qazı ilə bağlı vacib xəbər

Azərbaycan qazı ilə bağlı vacib xəbər


"Abşeron yatağının işlənməsi layihəsi üzrə son investisiya qərarı 2016-cı ildə qəbul ediləcək".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayev deyib.

O bildirib ki, "Total" şirkəti hazırda işləyi və son investisiya qərarını hazırlayır: "Son investisiya qərarı 2016-cı ildə qəbul ediləcək. İlk qaz 2020-2021-ci ildə çıxarılacaq. İldə təxminən 5 milyard kub metr qaz tədarük ediləcək. Dəqiq rəqəm növbəti ildə dəqiqləşəcək", - deyə R.Abdullayev deyib.

SOCAR-ın hesablamalarına görə, sözügedən yatağın ehtiyatları 150-300 milyard kub metr qaz təşkil edir.

Xatırladaq ki, 2007-ci ilin fevralında ARDNŞ “Total” şirkəti ilə “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında memorandum, 2009-cu ilin fevralında isə Saziş imzalayıb. 2009-cu il may ayının 22-də Azərbaycan parlamenti bu müqaviləni ratifikasiya edib. Sonradan Fransanın başqa bir şirkəti “Gas de Franse” (GDF/SUEZ ) “Abşeron” strukturunun kəşfiyyatı və işlənməsi layihəsində “Total”ın payının 20%-ni alıb. Hazırda pay bölgüsü belədir: SOCAR 40%, “Total” 40%, “Gas de Franse” 20%.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *