Azərbaycan neft-qaz satışından milyardlar qazanıb
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin dekabr 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Neft Fondundan verilən məlumata görə, bu ilin 11 ayında AÇG yataqları üzrə fond 4 mlrd. 577 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 1 dekabr 2016-cı il tarixinə qədər AÇG yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.
Mənbə:> Oxu.Az