Neft Fondu neft-qaz satışından milyardlar qazanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neft Fondu neft-qaz satışından milyardlar qazanıb

Neft Fondu neft-qaz satışından milyardlar qazanıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2 milyard 834 milyon dollar həcmində vəsait daxil olub.

Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.

Bu məbləğin 2 milyard 770 milyon dolları “AÇG”-dən mənfəət nefti, 64 milyon dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-dək SOFAZ-a “AÇG”-dən 119,779 milyard dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən SOFAZ 122,285 milyard dollar vəsait əldə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *