“Azəri-Çıraq-Günəşli”nin payçılarından biri layihəni tərk edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli”nin payçılarından biri layihəni tərk edir

“Azəri-Çıraq-Günəşli”nin payçılarından biri layihəni tərk edir


Hindistanın “ONGC Videsh Limited” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇQ) layihəsində payına düşən nefti satmaq niyyətindədir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu, “ONGC Videsh Limited” şirkəti ilə SOCAR arasında birgə müəssisə yaradılması ilə bağlı imzalanan müqavilədə əksini tapıb.

Müqavilənin detalları açıqlanmır.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın “Chevron” (11,27%), “ExxonMobi” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *