BP Azərbaycandan çıxardığı neftin həcmini açıqladı
Şirkət məlumat yaydı.
2015-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokunda stabil hasilat davam edib.
Bu barədə “BP-Azerbaijan”dan Oxu.Az-a bildirilib.
İl ərzində AÇG-dən ümumi hasilat - “Çıraq” (48 000), “Mərkəzi Azəri” (154 000), “Qərbi Azəri” (110 300), “Şərqi Azəri” (71 000), “Dərinsulu Günəşli” (141 400) və “Qərbi Çıraq” (109 400) platformalarından birlikdə - gündə orta hesabla 634 000 barel və ya ümumilikdə 231 milyon barel, yəni 31,3 mln. ton təşkil edib.
Bildirilir ki, 2015-ci il ərzində AÇG-yə təqribən 760 mln. dollar əməliyyat məsrəfləri və 1,9 mlrd. dollar əsaslı məsrəflər xərclənib.
AÇG-də iştirak payları: BP (operator - 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (2,7%).
Mənbə:> Oxu.Az