Maliyyə Nazirliyi ABB-dəki payını 77%-ə çatdırıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Maliyyə Nazirliyi ABB-dəki payını 77%-ə çatdırıb

Maliyyə Nazirliyi ABB-dəki payını 77%-ə çatdırıb


Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalındakı iştirak payını 54,96%-dən 76,73%-dək artırıb.

Oxu.Az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qurum buna bankın nizamnamə kapitalına əlavə olaraq 600 mln. manatlıq kapital qoyuluşu nəticəsində nail olub.

“Ölkə başçısının müvafiq fərmanına əsasən Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılması istiqamətində addımlar atmaqda davam edir”, - deyə nazirliyin məlumatında bildirilir.

O da bildirilir ki, hökumət bankın qeyri-işlək aktivlərinin alışını davam etdirəcək.

Bundan öncə ABB-nin yaydığı məlumatda qeyd edilib ki, bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 mln. 241 mln. 287 min 247,85 manata çatdırılmış olacaq.

“Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir”, - deyə bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *