Azərbaycan Beynəlxalq Bankı iclas keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı iclas keçirdi

Azərbaycan Beynəlxalq Bankı iclas keçirdi


Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

AzNews.info xəbər verir ki, bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin təklifinə əsasən 2014-cü ildə əldə olunan 25,5 mln. manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin bankın nizamnamə kapitalının 200 mln. manat artırmaqla 890 mln. manata çatdırılması barədə qərarlar qəbul edilib.

Yığıncaqda qeyd olunan məsələlərlə yanaşı təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C. Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Qeyd edək ki, bundan əvvəl Qafqazinfo saytı Beynəlxalq Bankın rəhbərliyinə “Paşa Bank”ın İdarə Heyətinin sədri Fərid Axundovun gətirildiyini yazmışdı.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *