İlham Əliyev Mərkəzi Bankın qərarını ləğv edə bilər
Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Bankın manatın ucuzlaşması ilə bağlı qərarını ləğv edəcək.
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.Mənbə bildirir ki, hazırda manatın optimal kursu ilə bağlı hökumətdə müzakirlər gedir. Müzakirlər bitən kimi qərar elan ediləcək.Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.Mərkəzi Bankın rəsmi izahatına əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, bir neçə həftə öncə benzinin 2 qəpik bahalaşması ilə bağlı Tarif Şurasının qərarını da prezident bir neçə gün sonra ləğv etmişdi.
Mənbə:> İstiqlal.az