Mərkəzi Bankın kapitallaşması yarım milyard manata çatdırılır
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.
AzNews.info xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.
Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Mənbə:> APA