Elman Rüstəmov daha ayda 1 milyard dollar xərcləmir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Elman Rüstəmov daha ayda 1 milyard dollar xərcləmir

Elman Rüstəmov daha ayda 1 milyard dollar xərcləmir


Virtualaz.org saytı xəbər verir ki, Mərkəzi Bankdan yayılan açıqlamaya əsasən bankın valyuta rezervlərində son 7-8 ay ərzində ilk dəfə artım qeydə alınıb.

Mayın sonunda bankın valyuta ehtiyatları aprel ayına isbətən 42,9 milyon dollar artaraq 8 milyard 430 milyon dollar təşkil edib. Bununla da uzun müddətdən bəri ilk dəfədir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma tendensiyası dayanıb, onu artım tendensiyası əvəz edib. Hərçənd ki, valyuta ehtiyatlarının artımı ötən aylardakı azalma ilə müqayisədə hələlik cüzi hesab oluna bilər.

Xatırladaq ki, ilin əvvəlindən bu yana Mərkəzi Bankın ehtiyatları 5 milyard 330 milyon dollar, yaxud 38,7 faiz azalmışdı.

Ölkənin baş bankı milli valyutanın kursunu sabit saxlaya bilmək üçün hər ay öz rezervlərindən təxminən 1 milyard dollar dövriyyəyə buraxmalı olurdu. Mərkəzi Bankın ehtiyatlarının azalması ötən ilin ikinci yarısından başlayıb.

Lakin azalma ötən ilin dekabrından başlayaraq daha sürətli getməyə başladı. Fevral ayında manatın kəskin devalvasiyası da ehtiyatların azalmasını dayandırmağa kömək etmədi - devalvasiyadan sonrakı iki ay ərzində Mərkəzi Bankın ehtiyatları 2 milyard dollardan çox azaldı.

Bu, manata etimadın azalması və ölkədə dollara tələbatın artması ilə əlaqəli idi. Əgər azalma bu templə getsəydi, ilin sonuna qədər Mərkəzi Bankın ehtiyatları tamamilə tükənə bilərdi və belə vəziyyətdə yeganə çıxış yolu manatın kursunun sərbəst buraxılması ola bilərdi.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov parlamentdə çıxışı zamanı bildirmişdi ki, üzən kurs siyasətinə keçidə hazırlıq gedir, ancaq hələlik ölkə iqtisadiyyatı buna hazır deyil. Eyni zamanda Elman Rüstəmov proqnoz vermişdi ki, aprel-may aylarından sonra manata təzyiqlərin azalacağı, iqtisadiyyatda dollarlaşma tendensiyasının yavaşıyacağı gözlənilir.

Daha sonra Mərkəzi Bank haqda qanuna dəyişikliklər edildi. May ayında edilmiş bu dəyişikliklərə əsasən Mərkəzi Bank əvvəlcə öz ehtiyatlarını dövriyyədə olan pulun 15 faizlik kvotası əsasında formaladırırdı.

Dəyişikliklər isə bu tələbi ortadan qaldırıb. Yəni Mərkəzi Bank təkcə nizamnamə kapitalı və dövriyyədəki pul kütləsi ilə deyil, başqa qiymətli kağızlar hesabına da özünün valyuta ehtiyatlarını formalaşdırmaq imkanı qazanıb.

Beləliklə, son aylar ərzində sürətlə xərclənən rezervlərin yerini doldurmaq üçün Mərkəzi Bank əlavə imkanlar əldə edib.

Belə görünür ki, məhz bu dəyişikliklərin Mərkəzi Bankın ehtiyatlarında sürətli azalmanı dayandırılmasında mühüm rolu olub. Həmçinin ölkədə dollar ajiotajının qismən səngiməsi də əsas amillərdən biridir.

Beləliklə, Elman Rüstəmov ayda 1 milyard dollar xərcləməkdən xilas ola bilib və Mərkəzi Bankın son rəqəmləri Azərbaycanda yeni devalvasiya riskinin azaldığını göstərir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *