“Azərbaycan İpoteka Fondu”dan 307 milyon manatlıq səhm buraxılışı
Fondun nizamnamə kapitalı 307 milyon manatdan çox olacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, Fondun hər birinin nominal dəyəri 1 manat olan 307 milyon 238 min 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.
Bu barədə Oxu.Az-a Palatadan bildirilib.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
Mənbə:> Oxu.az