Palata sığortaçılara müraciət etdi
Oxu.Az-a Palatadan verilən məlumata görə, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib.
Sözügedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur.
Sığorta qanunvericiliyinə əsasən, hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.
Hesabatların https://sns.fimsa.az linki vasitəsilə təqdim edilməsi ilə bağlı sığorta bazarının peşəkar iştirakçılarının hər hansı bir sualı yaranarsa, (012) 493 50 58 (dax. 414) nömrəsilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli