Azərbaycanda sığorta ombudsmanı yaradılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda sığorta ombudsmanı yaradılacaq

Azərbaycanda sığorta ombudsmanı yaradılacaq


“Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas vəzifəsi bank, sığorta və kapital bazarına nəzarət mexanizmini həyata keçirməkdir”.

AzNews.info Fins.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Sığorta Formunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

A.Zülfüqarov bu zəmində görülən işlərə misal olaraq konsolidasiya olunmuş nəzarət mexanizmlərinin işlənib hazırlanmasını misal göstərib.

“Makro prudensial idarəetmə və tənzimləmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartların tətbiqi zəruridir.

Banklar üçün nəzərdə tutulan yeni standartların tətbiqini təmin etmək üçün bu işləri həm bank, həm də sığorta bazarında eyni anda başa çatdırmağı fikirləşirik”.

A.Zülfüqarov bildirib ki, palata sığorta sahəsində aşağıdakı işləri planlaşdırır:

- Keyfiyyətli risk transferi sistemlərinin qurulması - burada təkrarsığortanın önəmi xüsusilə vacibdir,

- Sığorta iştirakçılarının lokal səviyyədən regional səviyyəyə keçməsi,

- Sığorta ombudsmanlarının yaradılması.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *