Bakı beynəlxalq tədbirə ev sahibliyi edəcək
Sabah Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumunun (AIIF-2016) açılış mərasimi keçiriləcək.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
Forumun açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Nəzarəti Departamentinin direktoru Fuad Sadıqov qonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, forum iki gün davam edəcək və tədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edəcək.
Mənbə:> Oxu.Az