Azərbaycan Avropa Bankından daha 61 milyon avro alıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan Avropa Bankından daha 61 milyon avro alıb

Azərbaycan Avropa Bankından daha 61 milyon avro alıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin noyabr ayı ərzində 61 mln. avro yaxud 2,37% artaraq dekabrın 1-nə 2 632 mln. avroya yüksəlib.

AzNews.info “Report”a istinadən xəbər verir ki, bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və əvvəlki kimi 160-dır.

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin də həcmi 65 mln. avro yaxud 3,59% artaraq 1 873 mln. avroya çatıb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 23 mln. avro və yaxud 3,81% artaraq 627 mln. avroya yüksəlib.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 12 mln. avro yaxud 1,2% artaraq 1 012 mln. avroya bərabər olub.

Hazırda EBRD Azərbaycanda 57 aktiv layihədən ibarət portfelə malikdir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *