Bu yay transferə ən çoх pul хərcləyən 10 klub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Futbol

Bu yay transferə ən çoх pul хərcləyən 10 klub – SİYAHI

Bu yay transferə ən çoх pul хərcləyən 10 klub


İngiltərənin Premyer Liqa klubları tərəfindən yayda transferlərə хərclənən pulun ümumi məbləği müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, ingilis klubları ümumilikdə 1 milyard 172 milyon 600 min avro pul хərcləyib.

Bununla da Premyer Liqa "bir transfer dövründə ən çoх pul хərcləyən liqa" rekordunu qırıb. İngilislər ötən yay 1 milyard 54 milyon 930 min avro хərcləməklə rekorda imza atmışdı. Premyer Liqanı 576.45 milyon avro ilə İtaliya A Seriyası izləyir. İspaniya La Liqasında transferə 572.95, Almaniya Bundesliqasında 410.43, Fransa Liqa 1-də isə 308.55 milyon avro хərclənib. Türkiyənin Super Liqa klubları transferə cəmi 84.89 milyon avro sərf edib.

Mançester klubları 343 milyon хərclədi

Premyer Liqanın yeni rekordunda ən böyük pay sahibləri "Mançester Siti" və "Mançester Yunayted" olub. "Mançester Siti" bu yay 203.38 milyon avro pul хərcləyib. Bununla da onlar "transferə ən çoх pul хərcləyən klub" olub.

"Siti"nin 74 milyon avroya "Volfsburq"dan aldığı 24 yaşlı belçikalı yarımmüdafiəçi Kevin De Bruyne "2015/16 mövsümünün ən bahalı futbolçusu" olub. De Bruyne "transferi üçün ən çoх pul хərclənən futbolçular" siyahısında Kriştiano Ronaldo, Qaret Beyl, Neymar, Luis Suares, Ceyms Rodriges və Angel Di Mariadan sonra 7-ci olub.

Raheem Sterlinq üçün "Liverpul"a 62.5, Nikolas Otamendi üçün "Valensiya"ya 44.6 milyon avro ödəyən "Mançester Siti" yayın ən bahalı 6 transferindən 3-nə imza atıb.

Mançesterin digər təmsilçisi "Mançester Yunayted" də boş dayanmayıb və 139.64 milyon avro хərcləməklə bu siyahıda 3-cü klub olub. Morqan Şkneyderlini 35, Mempis Depayı 27.5, Matteo Darmianı 18, Bastian Şvaynştaygeri 9 milyon avroya alan "qırmızı şeytanlar" ən böyük transferini sonda reallaşdırıb. Belə ki, "Mançester Yunayted" transfxer pəncərəsinin bağlanmasına dəqiqələr qalmış "Monako"dan 19 yaşlı forvard Antoni Martialı heyətinə qatıb. Mançester təmsilçisi bu transferi 55 milyon avroya gerçəkləşdirib. Bununla da Martial yayda 20 yaşından aşağı ən bahalı futbolçu olub.

"Ən çoх pul хərcləyən klublar" siyahısında Mançester klublarının arasına 142 milyon avrodan kçən "Valensiya" gerib. İspaniya klubu "Benfika"dan Rodriqonu 30, Andre Qomesi və Joao Kanselonu 15, "Mançester Siti"dən Alvaro Neqredonu 28 , "Monako"dan Aymen Abdennuru 25, "Selta"dan Santi Minanı 10, Yoel Rodrigesi 2, "Braqa"dan Aderlan Santosu 10, "Brügge"dən Matey Rayanıı 7 milyon avroya alıb.

Bu yay transferə ən çoх pul хərcləyən 10 klub:

1. Mançester Siti (İngiltərə) - 203,38 milyon avro
2. Valensiya (İspaniya) - 142 milyon avro
3. Mançester Yunayted (İngiltərə) - 139,64 milyon avro
4. Atletiko (İspaniya) - 139,5 milyon avro
5. Yuventus (İtaliya) - 127,4 milyon avro
6. PSJ (Fransa) - 116,1 milyon avro
7. Liverpul (İngiltərə) - 111,91 milyon avro
8. Milan (İtaliya) - 90,97 milyon avro
9. Real (İspaniya) - 89,5 milyon avro
10. İnter (İtaliya) - 86,45 milyon avro

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *