Manat avroya nisbətdə ucuzlaşdı
Milli valyuta ingilis funt sterlinqinə nisbətdə isə bahalaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 11-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 10-u ilə müqayisədə 0,14% artaraq 1,6062 manat təşkil edib.
Avrozonanın vahid valyutası olan avro isə manata nisbətdə 0,29% bahalaşaraq 1,7886 manatdan 1,7938 manata qalxıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli