Rubl və avro manata nisbətən ucuzlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Rubl və avro manata nisbətən ucuzlaşdı

Rubl və avro manata nisbətən ucuzlaşdı


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 20-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 19-u ilə müqayisədə 0,19% artaraq 1,5662 manat təşkil edib.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0247 manat səviyyəsinə çatıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,7252 manat olub.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,72% azalaraq 0,5150 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0531 manatdır. Beləliklə, funt sterlinq də 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6679 manata yüksəlib

Rubl və avro manata nisbətən ucuzlaşdı

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *