Manat funt sterlinqə nisbətən möhkəmləndi
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 19-a olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 18-i ilə müqayisədə 0,20% artaraq 1,5631 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7313 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,81% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsi isə manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,46% azalaraq 0,5240 manat olub.
Gürcüstan larisinin məzənnəsi isə 0,53% möhkəmlənərək 0,6666 manata yüksəlib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0659 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli