Türk lirəsi manat qarşısında ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 18-nə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 15-i ilə müqayisədə 0,12% artaraq 1,56 manat təşkil edib.
Türkiyə lirəsi isə 2,64% azalaraq 0,5264 manata bərabər olub.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,43% zəifləyərək 1,7261 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0661 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,2% zəifləyərək 0,6631 manata enib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli