Manat ucuzlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Manat ucuzlaşır

Manat ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının bu günə rəsmi məzənnəsini 1,5549 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir (iyulun 12-də isə rəsmi məzənnə 1,5518 AZN/USD).

Digər xarici valyutalara gəlincə avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,7% möhkəmlənərək 1,7203 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,4% möhkəmlənərək 0,0243 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,5% artaraq 0,5376 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0691 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 2%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% artaraq 0,6631 manata yüksəlib.
Manat ucuzlaşır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *