Manat rubla nisbətən ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 15-nə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 14-ü ilə müqayisədə 0,03% artaraq 1,5581 manat təşkil edib.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 2,05% möhkəmlənərək 0,0248 manat səviyyəsinə yüksəlib.
Mənbə:> Oxu.Az