Rubl manata nisbətən cüzi ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 2-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 1-i ilə müqayisədə 0,20% bahalaşaraq 1,5883 manat təşkil edib.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,8% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə enib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7749 manat olub.
Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5309 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0952 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,71% artaraq 0,6767 manat təşkil edib.
Mənbə:> Oxu.az