Avro manata nisbətən bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 21-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 20-i ilə müqayisədə 0,20% artaraq 1,5693 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,35% artaraq 1,7314 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.
Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,11% azalaraq 0,5093 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0769 manatdır. Beləliklə, funt sterlinq də 1,16%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6692 manata yüksəlib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli