Manat avroya nisbətən möhkəmləndi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Manat avroya nisbətən möhkəmləndi

Manat avroya nisbətən möhkəmləndi


Mərkəzi Bank rəsmi məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 25-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyulun 22-i ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,49% ucuzlaşaraq 1,7259 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,81% ucuzlaşaraq 0,0243 manat səviyyəsinə enib.

Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% artaraq 0,5141 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0647 manatdır. Beləliklə, funt sterlinq də 0,74%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6685 manat təşkil edib.
Manat avroya nisbətən möhkəmləndi

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *