Neftin qiymətinin ucuzlaşma səbəbləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin qiymətinin ucuzlaşma səbəbləri açıqlandı

Neftin qiymətinin ucuzlaşma səbəbləri açıqlandı

ABŞ-da xam neft ehtiyatları 14-20 yanvar həftəsində proqnozu 17% üstələyərək 2,5 mln. barelin əvəzində 2,93 mln. barel artıb.

Oxu.Az-ın məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu məlumatı Amerika Neft İnstitutu (APİ) yayıb.

APİ-nin hesabatına görə, ABŞ-ın əsas neft terminalı olan Kuşinqdə benzin ehtiyatları isə 0,5 mln. barel gözlənilən azalmanın əksinə 0,145 mln. barel azalıb.

Xatırladaq ki, APİ-nin hesabatı bu gün, yanvarın 25-də ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.

EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 2,5 mln. barel artmalı, Kuşinqdəki ehtiyatlar 0,5 mln. barel azalmalı, benzin ehtiyatları 1 mln. barel artmalı, distillat ehtiyatları isə 1 mln. barel azalmalıdır.

Qeyd edək ki, APİ-nin hesabatı dünən, yanvarın 24-də “Brent” markalı neftin qiymətinin 1,4% azalaraq 55,07 dollar/barelə qədər geriləməsinə səbəb olub.

“Report”un analitik qrupu bildirir ki, bu gün açıqlanması gözlənilən EİA hesabatı və yanvarın 27-də “Baker Hughes” şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *