2017-ci ildə dünya neft ehtiyatları təxminən 50% azalacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

2017-ci ildə dünya neft ehtiyatları təxminən 50% azalacaq

2017-ci ildə dünya neft ehtiyatları təxminən 50% azalacaq


Beynəlxalq Enerji Agentliyinin (EİA) proqnozlarını əsas götürərək “Bloomberg”in ekspertləri hazırladıqları hesabatda 2017-ci ilin ilk yarısından dünya neft ehtiyatlarının təxminən yarıya qədər azalacağını bildiriblər.

Oxu.Az xəbər verir ki, bu ancaq OPEK və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq.

Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.

Vyana razılaşmasına əməl olunmaması ilə bağlı riskləri kiçik adlandırmaq olmaz. OPEK üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEK ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib.

Lakin, əgər razılaşmaya tam əməl olunarsa, EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq. Bununla yanaşı, OPEK və təşkilata daxil olmayan 11 ölkənin ümumi istehsalı Beynəlxalq Enerji Agentliyinin proqnozundan təxminən 360 min barel az olacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *