OPEK: Azərbaycanda neft hasilatının həcmi azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

OPEK: Azərbaycanda neft hasilatının həcmi azalıb

OPEK: Azərbaycanda neft hasilatının həcmi azalıb


2016-ci ilin mart ayında Azərbaycanda neft hasilatının həcmi sutkada 0,84 milyon barel təşkil edib, bu da yanvar və fevral ayları ilə müqayisədə müvafiq olaraq sutkada 10 min və 20 min barel azalma deməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilarının (OPEK) yeni hesabatında əks olunub.

Hesabata görə, 2016-cı ilin birinci rübündə Azərbaycanda neft hasilatının həcmi orta hesabla sutkada 0,85 milyon barel təşkil edib.

OPEK-in proqnozuna görə, Azərbaycanda bu il neft hasilatının həcmi sutkada 40 min barel azalaraq 0,82 milyon barel təşkil edəcək. Bu proqnoz isə ötən ilki proqnoz ilə müqayisədə dəyişməz qalıb.

Azərbaycanda neft hasilatının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” nin dəniz yataqlarından əldə edilir, burda “Azərlight” neftinin yüngül növü tapılır.

BP-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanda sübüt edilmiş neft hasilatının həcmi 7 milyard barel təşkil edib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz kondensatı çıxarılıb, bu da ötən illərlə müqayisədə 0,8% azalma deməkdir.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *