İran neft hasilatını 2 illik maksimuma çatdırdı
OPEK-in aylıq hesabatında deyilir.
İran martda fevral ayı ilə müqayisədə neft hasilatını gündəlik 139 min barel artıraraq 3,291 milyon barelə çatdırıb, bu isə son iki ilik maksimum göstəricidir.
Oxu.Az xəbər verir ki, bu barədə OPEK-in ikinci mənbələrin məlumatına əsaslanan aylıq hesabatında bildirilib.
Yanvarda İranda neft hasilatı 2,944 milyon bareldən ibarət idi, 2016-cı ilin birinci rübü ərzində bir gündə neft hasilatı 3,129 milyon bareldən ibarət olub.
Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela Dohada fevralın 16-da neftin dünya qiymətlərinə dəstək üçün digər istehsalçıların da bu təşəbbüsə qoşulmaları şərti ilə neft hasilatının 2016-cı ilin yanvar ayının səviyyəsində saxlamaq haqqında razılaşıblar.
Daha öncə İranın neft naziri Bijan Zanqane ölkə yalnız neft hasilatı gün ərzində 4 milyon barel həddinə çatdıqdan sonra hasilatın dondurulmasına dair danışıqlara gedəcəyini bəyan etmişdi.
Mənbə:> Oxu.Az