OPEK hasilatı rekord həddə çatdırıb » AzNews.info -Xəbər portalı

OPEK hasilatı rekord həddə çatdırıb

OPEK hasilatı rekord həddə çatdırıb


OPEK ölkələrinin gündəlik məcmu neft hasilatı avqust ayında iyul ayı ilə müqayisədə 40 min barel və ya 0,12% artaraq 33,5 mln. barelə çatıb.

AzNews.info-nun məlumatına görə, “Report” “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu, son zamanların rekord hasilat həcmidir.

Agentliyin analitiklər arasında keçirdiyi sorğuya əsasən, Səudiyyə Ərəbistanının yeni hasilat rekordu həyata keçirdiyi ehtimal olunur. Ekspertlər S.Ərəbistanının hasilatı 10,7 mln. barel/günə çatdırdığını, hətta bəziləri hasilatın 10,9 mln. barel/gün olduğunu bildirir.

Sorğuya görə, neft hasilatını avqustda artıran ölkələr sırasında İraq, Küveyt, S.Ərəbistanı və BƏƏ də var. İranın hasilatında dəyişiklik olmadığı bildirilir. Nigeriya, Liviya və Venesuelada isə hasilatın azaldığı qeyd olunub. OPEK-in rəsmi hesabatının sentyabrın 12-də açıqlanması gözlənilir. Əgər “Reuters”in sorğusu həqiqətə yaxın olarsa, neft qiymətləri azalma tendensiyası göstərəcək. Qeyd edək ki, S.Ərəbistanı keçən ay da hasilatı rekord həddə çatdırıb.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEK-in növbədənkənar iclasında hasilatın dondurulması ilə bağlı məsələ müzakirə olunacaq. Ekspertlər İranla S.Ərəbistanı arasındakı fikir ayrılığı səbəbindən görüşdən müsbət nəticə gözləmirlər.

Bundan əlavə, OPEK hasilatını yanvar ayı ilə müqayisədə 1 mln. barelə yaxın artırıb. Ekspertlər hətta razılaşma əldə olunacağı təqdirdə, OPEK-in cari hasilat həcminin onsuz da təklifin yüksək olduğu neft bazarına effektinin olmayacağını düşünürlər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *