Rusiya OPEK-ə xəyanət etdi
Rusiya Avropada rəqabəti artırmaq üçün xam neft ixracatını 2016-cı ildə rekord həddə çatdırır.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, bu ilin ilk yarısında 2015-ci ilin analoji dövrü ilə müqayisədə ixracat 4,9% artaraq sutkada 5,55 milyon barelə çatıb.
Rusiya Energetika Nazirliyindən bildirilib ki, iyun ayında isə hasilat sutkada 10,843 milyon barelədək (1,14%) artıb. Bununla da analitiklər neft hasilatının 2014-cü ildən bu günədək hər ay müntəzəm olaraq artmasını müşahidə ediblər.
Bu ilin fevralında Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər digər ölkələr də razılaşacağı təqdirdə, neft hasilatının yanvar ayındakı səviyyədə donduruluması haqqında təklif irəli sürüb. Amma Neft İxrac Edən Ölkələrin Təşkilatı - OPEK-in son iki toplantısında ölkələr ortaq razılığa gələ bilməyiblər.
Mənbə:> ANSPRESS