ABŞ-dan gələn informasiyalar neftin qiymətini bahalaşdırır » AzNews.info -Xəbər portalı

ABŞ-dan gələn informasiyalar neftin qiymətini bahalaşdırır

ABŞ-dan gələn informasiyalar neftin qiymətini bahalaşdırır

Dünya bazarlarında neftin qiymətləri açıqlanıb.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00 olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,22% ucuzlaşaraq bir barelə görə 49,56 dollar olub.

WTI markalı neftin qiyməti isə 0,08% azalaraq bir barelə görə 47,29 dollar təşkil edib.

Dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 49,01 və 46,76 dollar olmuşdu.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına görə, ölkədə ticari xam neft ehtiyatlarının həcmi bir öncəki həftə ilə müqayisədə 2,5 milyon barel və 0,5% artaraq 523,6 milyon barelə yüksəlib.

Bazar gözləntisi isə ehtiyatların 0,5 millyon barel azalması istiqamətində idi. Bundan öncəki həftə ərzində isə ölkədə xam neft ehtiyatlarının həcmi 2,5 milyon barel azalmışdı.

Ölkənin xam neft idxalatı isə bir öncəki həftə ilə müqayisədə sutkalıq ortalama 449 min barel artaraq 8,64 milyon barel təşkil edib.

Benzin ehtiyatları isə bir öncəki həftə ilə müqayisədə 0,04 milyon barel artaraq 232,7 milyon barel olub. Bazar isə 1,17 milyon barel azalma gözləyirdi. Benzin ehtiyatları bir öncəki həftə ilə müqayisədə 2,72 milyon barel azalmışdı.

ABŞ-da açıqlanan həftəlik xam neft ehtiyatlarının həcmi barəsində məlumatlar qlobal neft bazarında qiymətlərin düşməsinə səbəb olub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *