FED-in iyul toplantısı neftin qiymətini ucuzlaşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

FED-in iyul toplantısı neftin qiymətini ucuzlaşdırır

FED-in iyul toplantısı neftin qiymətini ucuzlaşdırır


ABŞ Federal Ehtiyatlar Sistemi sentyabrda faiz artımına gedə bilər.

Dünya bazarlarında neftin qiyməti ABŞ-ın yanacaq ehtiyatlarının artması barədə məlumatlar fonunda kəskin ucuzlaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,05 dollar (0,12%) azalaraq bir barelə görə 42,65 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar (0,22%) ucuzlaşaraq 41,05 dollar təşkil edib.

ABŞ-ın Energetika Nazirliyinin məlumatında bildirilir ki, ölkənin neft ehtiyatları ötən həftə 1,67 mln. barel, benzin ehtiyatları isə 452 min barel çoxalıb. Analitiklər bildirir ki, bazarda neft ehtiyatlarının artımı ilə yanaşı, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) sonuncu toplantıdan çıxan informasiyaları onu deməyə əsas verir ki, bank sentyabr toplantısında faiz artımına gedəcək. Bu informasiyalar isə neft bazarında enməni dəstəkləyir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *