Ölkəmizin neft-qaz müəssisələrinin səhmləri satışa çıxarıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ölkəmizin neft-qaz müəssisələrinin səhmləri satışa çıxarıla bilər

Ölkəmizin neft-qaz müəssisələrinin səhmləri satışa çıxarıla bilər


Gələcəkdə Azərbaycanın dövlət şirkəti SOCAR öz filiallarının IPO-nu (ilkin səhmlərin yerləşdirilməsi) keçirə bilər.

Aznews.info Trend-ə istinadən xəbər verir ki, bu sözləri “SOCAR Capital”ın investisiyalar və əməliyyatlar üzrə direktoru Elxan Həsənov deyib.

E.Həsənov qeyd edib ki, satışa çıxarılacaq səhmlərin hansı müəssisələrə aid olduğu siyahı və dəqiq tarix hələlik məlum deyil:

“Milli iqtisadiyyatın perspektivlərinə dair Strateji Yol Xəritəsinə” əsasən, hökumәt milli neft şirkətlərinin bəzi müəssisələrinin yerli bazarında IPO keçirilmələri məsələsinə baxıla bilər. Məsələn, polimerin istehsalı ilə və ya yanacağın pərakəndə satışı ilə məşğul olanların. Sənəd müəlliflərinin fikrincə, belə yanaşma şirkətlərə əlavə maliyyələrə yol açmaqda kömək edə bilər”.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı və hazırlanması, neft, neft məhsulları və qazçıxarma, onların nəqli, idxalı, ixracı və əhalinin qazla təchizatı ilə məşğuldur.

Hazırda SOCAR-ın tərkibinə 30-dan çox ortaq müəssisə, 18 əməliyyat şirkəti və 30 müxtəlif struktur, həmçinin zavodlar və institutlar daxildir.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *