SOCAR-ın DESFA-dakı payı azala bilər
Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın SOCAR-a məxsus 66%-lik səhm paketi 41%-dək azala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks Yunanıstan mətbuatına istinadən məlumat yayıb.
Hazırda Avropanın müvafiq qurumları SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik səhmlərin 17%-ni Avropadan olan üçüncü şirkətə satılması məsələsinə baxır. Bu, SOCAR-ın DESFA-dan əldə etdiyi 66%-lik payın 49%-ə qədər azaldılmasına imkan verəcək.
Amma nəşr qeyd edir ki, üçüncü şirkətə satılacaq səhm payı 17% deyil, 25% ola bilər:
“Bu halda SOCAR-ın DESFA-dakı payı 41% olacaq. Beləliklə, Yunanıstan hökuməti 34% pay ilə ikinci ən iri səhmdarı olacaq”.
Daha öncə SOCAR-ın bu ilin sonuna qədər əldə etdiyi səhmlərin 66%-nin 17%-ni üçüncü tərəfə satacağı ilə bağlı razılığa gəlinəcəyi barədə məlumatlar verilmişdi.
Mənbə:> Oxu.Az