SOCAR “Petkim”dəki səhmlərinin bir qismini satdı
SOCAR Türkiyə şirkəti “Petkim”də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.
AzNews.info xəbər verir ki, bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
SOCAR-dan bildiriblər ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.
Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış “Petkim”in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da "Petkim"i effektiv idarə etməkdə davam edəcəkdir.
Xarici investisiya fondu tərəfindən "Petkim" səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.
Mənbə:> Trend