“Petkim”in xalis mənfəəti 14% artıb
Ötən il “Petkim PetroKimya Holding A.Ş.” 639,2 mln. Türkiyə lirəsi (təqribən 220 mln. dollar) həcmində xalis mənfəət əldə edib.
AzNews.info xəbər verir ki, bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilə nisbətən 14% çoxdur.
“Petkim” 2015-ci il ərzində ümumilikdə 4 532,6 mln. lirə (təqribən 1,6 mlrd. dollar) gəlir əldə edib ki, bu da onun aktivlərinin 5 460,7 mln. lirəyə (təqribən 1,9 mlrd. dollar) çatmasına şərait yaradıb.
Ötən il “Petkim"in faktiki istehsal həcmi onun istehsal potensialının 87%-nə çatıb.
Mənbə:> Report.az