SOCAR-ın liman müəssisəsi bankdan kredit cəlb etdi
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) pay sahibi olduğu “Petkim Holding” (Türkiyə) tərəfindən yaradılmış “Petlim Limancılık Ticaret A.S.” şirkəti “Akbank”-dan 212 milyon dollar dəyərində kredit alıb.
Oxu.Az Türkiyənin “Denizhaber” agentliyinə istinadən xəbər verir ki, vəsait Egey dənizində tikilən “Petkim” konteyner limanı layihəsinin maliyyələşdirilməsi üçün cəlb edilib.
“Kredit 3 ili güzəştli olmaqla 13 il müddətinə verilir”, - qəzet yazır.
Qeyd edək ki, tərəflər arasında müqavilə imzalanıb.
Onuda əlavə edək ki, SOCAR törəmə müəssisəsi olan “SOCAR Turkey Enerji”-nin vasitəsilə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin səhmlərinin 57,92%-nə sahibdir.
Öz növbəsində “Petkim Petrokimya Holding” “Petlim Limancılık Ticaret A.S.” şirkətində 70% səhm payına malikdir.
Mənbə:> Oxu.Az