SOCAR Türkiyədə OMV Petrol Ofisinin səhmlərini ala bilər
“SOCAR Turkey Energy” Türkiyədə Avstraliya kapitallı OMV şirkətinə məxsus olan Petrol Ofisi səhmlərinin alınmasını perspektivlərini öyrənir.
Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.
Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Energy” yaxın günlərdə OMV Petrol Ofisi AS şirkətinin aksiyalarının alınması ilə bağlı öz mövqeyini elan edəcək.
“SOCAR Turkey Energy” –nin baş direktoru Kenan Yavuz bildirib ki, yanacaqdoldurma stansiyalarının şöbələrə ayırılmış pərakəndə şəbəkəsini nəzarət edən Türkiyədə OMV Petrol Ofisi şirkəti öz aksiyalarının 100% paketinin satışına başlayıb.
“Bu məsələ ilə bağlı hazırda müsbət və mənfi cavab vermək istəmirəm. Şirkət səhmlərinin satışı ilə bağlı bu gün açıqlama edib. Hələ nəsə demək çox tezdir. Bir neçə gün ərzində bizim mövqeyimiz bəlli olacaq”, - deyə Yavuz qeyd edib.
Şirkət səhmlərinin satışa çıxarmasına səbəb kimi hazırda mövcud olan mürəkkəb bazar şəraitini əsas göstərib.
Qeyd edək ki, Türkiyədə OMV Petrol Ofisi şirkəti Türkiyənin müxtəlif regionlarında ticarət və sənaye istehlakçılarına yanacağın bölgüsünü aparan sektorundakı aparıcı oyunçudur.
Xatırladaq ki, Türkiyədəki yanacaqdoldurma sektoruna 2006-ci ildə daxil olan Avstraliyaya məxsus OMV şirkəti Petrol Ofisinə məxsus səhmləri 3 milyard dollara almışdı. Şirkət yalnız bu gün 10 ildən sonra, bu sektoru tərk etməyə qərar verib.
Mənbə:> Oxu.Az