SOCAR prezidenti ən bacarıqlı şirkət rəhbəri seçildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

SOCAR prezidenti ən bacarıqlı şirkət rəhbəri seçildi

SOCAR prezidenti ən bacarıqlı şirkət rəhbəri seçildi


İslam ölkələrinin ən bacarıqlı 50 CEO-su" müəyyən edilib. Biznes və iqtisadiyyat jurnalı olan "Derin Ekonomi" iyun buraxılışının üz qabığına bu başlığı çıxarıb.

ANS PRESS-in məlumatına görə, baş ofisi ABŞ-da yerləşən "Dinar Standart"ın hazırladığı siyahıda 57 islam ölkəsinin toplam gəlirlərinin 6,7 trln. dollar olduğu deyilir. Araşdırılan

Rankinq cədvəlində üçlüyün digər iki yerdə isə Liviya Milli Neft Şirkətindən Nuri Berruien, Malayziyalı "Proton"dan Datuk Lukman İbrahim yer tutub.

R.Abdullayev siyahıda rəhbərlik etdiyi şirkətinin illik ortalama 78,79%-lik artım göstəricisi ilə liderliyə yüksəlib. SOCAR-ın ən yaxın rəqibləri olan LNOC 34,64%, "Proton" isə 31,80% artıb.

Siyahıda yer alan CEO-ların 8-i türk, 8-i malayziyalı, 7-si BƏƏ-lidir və 50 şirkət rəhbərinin 12-si neft və təbii qaz sektorunu təmsil edir.

Məlumata görə, son 300 ildə dünya iqtisadiyyatının əsas hissəsinə nəzarət edən Qərb ölkələri 2000-ci illərdə iqtisadi sarsıntı keçirib. Bundan sonra onların dünya iqtisadiyyatındakı payı 50%-dən aşağı düşüb.

Renkinqdə islam ölkələrindən olan 12 kommersiya bankının da CEO-sunun adı hallanır və 50 uğurlu şirkət rəhbəri arasında 41-ci yerdə 1 qadın CEO-nun adı yer alıb ki, o da İndoneziyanın dövlət neft və təbii qaz şirkəti olan "Pertamina"nın rəhbəri xanım Karen Aqustiavandır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *